“Nokia” Çindəki bütün zavodlarını bağlayır

0

Finlandiyanın telekommunikasiya avadanlıqları istehsalçısı “Nokia” 2026-cı ilin sonuna qədər Çindəki bütün zavodlarını bağlamağı planlaşdırır.

Modern.az xəbər verir ki, bu barədə “South China Morning Post” (SCMP) nəşri mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, 2025-ci ilin sonuna “Nokia”nın Çin, Honkonq və Tayvandakı əməkdaşlarının sayı təxminən 7,2 min nəfər olub. Şirkət 2026-cı ilin sonuna qədər onların əksəriyyətini işdən çıxarmağı planlaşdırır.

Mənbələrdən birinin sözlərinə görə, “Nokia”nın Çindəki biznesi son illərdə geriləyib. Buna görə də şirkət ölkədəki fəaliyyətini və əməliyyatlarını yenidən təşkil etmək qərarına gəlib.

Qeyd edək ki, iyulun 22-də “GSMArena” şirkətin HMD tərəfindən təqdim edilən “Nokia 123 Shield” düyməli telefon modeli barədə məlumat yayıb. Model brendin suya və toza davamlı ən əlçatan telefonlarından biri kimi təqdim olunur. Telefon artıq Avropada təxminən 35 avro qiymətinə satışa çıxarılıb.

İstehsalçının məlumatına görə, “Nokia 123 Shield” IP65 standartının tələblərinə cavab verir və yağış, su sıçramaları, qum və tozdan qorunur. Telefonun yan hissələri sürüşməyən materialla örtülüb, qulaqlıq və enerji doldurma portları isə rezin qoruyucularla təchiz edilib.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More