Ermənistan Azərbaycanla ticarət əlaqələri qurmağı planlaşdırır

0

Ermənistan yaxın beş il ərzində sülhün institusional xarakter alması çərçivəsində Azərbaycanla ticarət əlaqələri qurmağı planlaşdırır.

Oxu.Az bu barədə Ermənistan hökumətinin rəsmi saytına istinadən xəbər verir.

Bu barədə 2026-2031-ci illər üçün hökumət proqramının layihəsində bildirilir.

“Sülhün institusional xarakter alması və möhkəmləndirilməsi məqsədilə hökumət Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında “Sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında” sazişin imzalanması və ratifikasiyası, Azərbaycanla dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə işlərin davam etdirilməsi, həmçinin vətəndaş cəmiyyətləri, Ermənistan və Azərbaycanın biznes dairələri arasında əlaqələrin və ikitərəfli ticarətin fəallaşdırılması istiqamətində işi davam etdirəcək”, – sənəddə bildirilir.

Mənbə: Oxu.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More