Məhkəməyə verib nə edəcəkdilər?! – Nemət Pənahlıdan Elçibəy ailəsinə cavab

0

Meydan hərəkatının fəal iştirakçısı Nemət Pənahlının mərhum eks-prezident Əbülfəz Elçibəylə bağlı səsləndirdiyi ittiham qalmaqala səbəb olub. Nemət Pənahlı iddia edir ki, Əbülfəz Elçibəy 80-ci illərin sonlarında vüsət alan Meydan hərəkatı zamanı toplanmış 10 milyon manatı mənimsəyib. İttihamı rədd edən mərhum eks-prezidentin oğlu Ərturqut Əliyev Nemət Pənahlını məhkəməyə verəcəyini bildirib. Lakin o, sonradan fikrini dəyişib.

Ərturqut Əliyev Modern.az-a açıqlamasında Nemət Pənahlını məhkəməyə verməkdən vaz keçdiyini bildirib.

“Onu məhkəməyə verməkdən vaz keçdim. Buna dəyməz. Ailəmlə məsələni müzakirə edib məsləhətləşdim. Qərara gəldik ki, belə bir addım atmağa lüzum yoxdur”,- deyə o qeyd edib.

Nemət Pənahlı da məsələyə münasibət bildirib.

O, Modern.az-a deyib ki, qarşı tərəf məhkəməyə müraciət etsəydi belə, heç nə qazanmayacaqdı:

“Əbülfəz bəy prezident olanda məni məhkəməyə vermişdilər və onun acı nəticələrini görmüşdülər. İndi məni məhkəməyə verib nə edəcəkdilər ki?! Mən öz bildiyim informasiyanı deyirəm. O zaman məni guya prezidentin şərəf və ləyaqətini alçatdığıma görə məhkəməyə verdilər. Həbsdə zəhərləyib öldürmək istədilər. Ancaq özləri pis vəziyyətdə qaldılar”.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More