Aktual Bu gün, 17:30 Azərbaycanlı professorun kitabı məşhur universitetin kataloqunda

0
Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Qərənfil Dünyaminqızının müəllifi olduğu “Füyuzatçılar” kitabı Almaniyanın Martin Lüter Universitetinin kitabxana kataloquna daxil edilib.

Bu barədə Modern.az-a Qərənfil Dünyaminqızı özü məlumat verib.

Qərənfil Dünyaminqızı kitabının Almaniyaya qədər gedib çıxmasında göstərdiyi dəstəyə görə Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fonduna, eləcə də “Füyuzat” jurnalının kollektivinə təşəkkür edib.

Professor bildirib ki, “Füyuzatçılar” kitabı füyuzatçıların ilk dəfə toplu şəkildə araşdırılması baxımından əhəmiyyət daşıyır:

“Füyuzatçılar ilk dəfə bir yerə yığıldı və kitab şəklində nəşr olundu. Kitab Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu tərəfindən çap edilib. Əsərdə Çanaqqala döyüşündən 44 günlük Vətən müharibəsinə qədər davam edən qardaşlıq və dostluq münasibətlərimizdən bəhs etmişəm.

Əli bəy Hüseynzadə başda olmaqla bütün füyuzatçılar haqqında geniş məlumat vermişəm. Hətta Hacı Zeynalabdin Tağıyev barədə də ətraflı məlumat yer alıb. Çünki məhz Tağıyevin maliyyə dəstəyi ilə “Füyuzat” jurnalı nəşr olunub”.

Qərənfil Dünyaminqızı kitabda füyuzatçılara müxtəlif dövrlərdə münasibətin də araşdırıldığını bildirib:

“Kitabın fərqli nüanslarından biri də budur ki, SSRİ dövründə – 1920-1950-ci illərdə, 1960-1970-ci illərdə, 1980-1990-cı illərdə və 1990-cı illərdən bu günə qədər füyuzatçılara münasibəti də qeyd etmişik”.

Müəllifin sözlərinə görə, “Füyuzatçılar” kitabının Almaniyanın Martin Lüter Universitetinin kataloqunda yer alması əsərin daha geniş oxucu auditoriyasına çatması baxımından əhəmiyyətlidir.

Q.Dünyaminqızı sonda kitabın bir neçə ay əvvəl Türkiyədə keçirilən kitab sərgisində də oxucuların böyük marağına səbəb olduğunu deyib. Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondundan bildirilib ki, “Füyuzatçılar” sərgidə ən çox oxunan kitablardan biri olub.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More