Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana taxıl göndəriləcək
Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan yük qatarı “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından yola düşüb.
Oxu.Az bu barədə “Report”a istinadən xəbər verir.
Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.
Oxu.Az “Report”a istinadla xəbər verir ki, 11 vaqondan ibarət, çəkisi 1 108 ton olan buğda və dörd vaqondan ibarət, çəkisi 273 ton olan arpa “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.
İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 47 min tondan çox taxıl, doqquz min tona yaxın gübrə, 1 136 ton propan, 133 ton alüminium, 1 114 ton kömür və 67 ton taxta göndərilib.
Eyni zamanda, indiyə qədər Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, beş min tona yaxın “Aİ-92” və “Aİ-95” benzini ixrac olunub.
Mənbə: Oxu.az