Hörmüz boğazından 40 tanker keçdi: Daşınan neftin həcmi AÇIQLANDI
ABŞ rəsmiləri hesab edirlər ki, avqustun 21-i axşam Hörmüz boğazından hər iki istiqamətdə təxminən 40 neft tankeri keçib.
Oxu.Az xəbər verir ki, bu barədə “Axios” portalının müxbiri və İsrailin 12-ci Kanalının jurnalisti Barak Ravid “X” sosial şəbəkəsində məlumat yayıb.
Onun ABŞ rəsmiləri arasındakı mənbələrinin sözlərinə görə, avqustun 21-i axşam təxminən 40 tanker Hörmüz boğazından hər iki istiqamətdə cənubdakı dərin su kanalından keçib.
Məlumata əsasən, həmin tankerlərlə boğazdan təxminən 16 milyon barel neft daşınıb.
Mənbə: Oxu.az