Kamçatkada çətin vəziyyətdə qalan turist Azərbaycana TƏŞƏKKÜR ETDİ

0

Xəbər verdiyimiz kimi Kamçatkada vulkanda bloklanan və arasında azərbaycanlının da olduğu 117 turist təxliyə edilir.

Modern.az xəbər verir ki, təxliyə edilənlər arasında olan aparıcı və animator, Azərbaycan vətəndaşı Tatyana Dolivets sosial şəbəkə hesabında paylaşım edib.

“FHN-in helikopterini gözləyirik. Sevdiyim ölkənin sevimli vətəndaşlarının göstərdiyi diqqətdən çox təsirlənmişəm. Azərbaycan – təşəkkür edirəm”, – deyə o yazıb.

Ümumilikdə marşrutda 149 nəfər qalıb. Sürücülər isə yol təmizlənənədək texnika ilə birlikdə ərazidə qalacaqlar.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More