İranın cənubunda böyük qaz yatağı tapıldı: Ölkəyə milyardlarla dollar gəlir gətirə bilər
İranlı mütəxəssislər ölkənin cənubunda böyük qaz yatağı aşkar ediblər.
Oxu.Az “Al Jazeera”yə istinadən xəbər verir ki, bu barədə İranın neft naziri Möhsün Paknejad İran televiziyasının efirində məlumat verib.
Nazirin sözlərinə görə, Fars əyalətində yerləşən yataq İrana on milyardlarla dollar gəlir gətirə bilər.
Qiymətləndirmələrə əsasən, yataqda 212 milyard kubmetr qaz ehtiyatı var. Bunun 161 milyard kubmetrini hasil etmək mümkün olacaq. Bundan əlavə, yataqda əhəmiyyətli həcmdə qaz kondensatı ehtiyatlarının da olduğu müəyyənləşdirilib.
Mənbə: Oxu.az