Nəticələr nə vaxt açıqlanacaq? – DİM-dən CAVAB
Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçiminin nəticələrinin nə vaxt açıqlanacağı hələlik məlum deyil.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
“Ali təhsil müəssisələrinə yerləşdirmə prosesi başa çatdıqdan dərhal sonra nəticələr elan olunur”, – deyə DİM-dən verilən məlumatda qeyd olunub.
Qeyd edək ki, bu il ümumilikdə 87 139 abituriyent ixtisas seçimində iştirak edib.
Mənbə: Modern.az