Şəhid qızı BDU-ya qəbul oldu
Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Vidadi Xəlilovun qızı Zəhra Xəlilzadə tələbə adını qazanıb.
Modern.az xəbər verir ki, Zəhra Xəlilzadə Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər ixtisasına qəbul olub.
Qeyd edək ki, polkovnik-leytenant Vidadi Xəlilov 44 günlük Vətən müharibəsində iştirak edib. O, 2020-ci il oktyabrın 30-da Laçın rayonu uğrunda gedən döyüşlərdə şəhid olub.
Mənbə: Modern.az