Özbəkistan XİN rəhbəri Azərbaycan səfiri ilə görüşüb

Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev ilə görüş keçirib.

Nazir səfirə 14 il ərzində Azərbaycan-Özbəkistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsinə verdiyi töhfəyə görə təşəkkürünü bildirib.

Bir müddət əvvəl Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də diplomatik missiyasını başa vuran Azərbaycan səfirini qəbul etmişdi.


Mənbə: Modern.az

Bir cavab yazın