600-dən çox bal toplayanlar tələbə ola bilmədilər – IV Qrupda ŞOK RƏQƏMLƏR
Ali təhsil müəssisələrinə ixtisas seçimi mərhələsi başa çatıb. Bu il IV ixtisas qrupunda rəqabət güclü olub.
Modern.az-ın əldə etdiyi məlumata görə, IV ixtisas qrupunda 30 nəfər 600 baldan yüksək nəticə əldə etməsinə baxmayaraq, heç bir ali təhsil müəssisəsinə qəbul ola bilməyib.
Bundan əlavə, IV ixtisas qrupunda 97 nəfər 500 baldan yüksək nəticə əldə etməsinə baxmayaraq, heç bir ali təhsil müəssisəsinə qəbul ola bilməyib.
Qeyd edək ki, IV ixtisas qrupu üzrə 407 plan yeri boş qalıb.
Boş qalan plan yerlərinə qəbul üzrə müsabiqə 28 avqustdan başlanacaq və 3 sentyabradək davam edəcək.
Mənbə: Modern.az