Məhbus üçün gizlicə telefon gətirdi yaxalandı

0

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına qadağan olunmuş əşyanın keçirilməsinin qarşısı alınıb.

Ədliyyə Nazirliyindən Modern.az-a verilən məlumata görə, Bakı İstintaq Təcridxanasında həbs edilmiş şəxs üçün tanışı tərəfindən gətirilmiş sovqata baxış keçirilərkən bir cüt ayaqqabının içərisində xüsusi üsulla gizlədilmiş 1 ədəd mobil telefon və 1 ədəd elektrik qidalandırıcısı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

“Bir daha vətəndaşların diqqətinə çatdırılır ki, penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi cinayət məsuliyyətinə səbəb olur”, – Ədliyyə Nazirliyinin məlumatında bildirilib.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More