ABŞ-nin Venesuela planı üzə çıxdı: 17 neft yatağı gündəmdə

0

ABŞ sentyabr ayında Venesuela ilə uzunmüddətli enerji sazişi bağlandığını elan etməyə ümid edir.

Oxu.Az xəbər verir ki, bu barədə “The Washington Post” adları açıqlanmayan mənbələrə istinadən yazıb.

Qeyd olunur ki, ABŞ dövlət katibi Marko Rubio və ABŞ-nin energetika naziri Kris Rayt sazişi elan etmək üçün gələn ayın əvvəlində Venesuelaya səfər etməyi planlaşdırırlar. Lakin neft-qaz sənayesinin bəzi mütəxəssisləri müəyyən edilmiş müddətə qədər əhəmiyyətli bir razılaşmanın hazırlanacağına şübhə ilə yanaşırlar.

Məqalədə vurğulanır ki, razılaşmanın qarşısında çoxsaylı maneələr var. Qəzet belə bir sazişin hazırlanmasının başa çatdırılması üçün Venesuela Konstitusiyasına dəyişikliklər edilməsinin tələb oluna biləcəyini də bildirir.

Məlumata görə, tərəflər ABŞ-yə Venesueladakı ən azı 17 neft yatağının uzunmüddətli icarə hüququnun verilməsini müzakirə edirlər. Söhbət Venesuelanın neft ehtiyatlarının üçdə birini əhatə edən uzunmüddətli müqavilələrdən gedir.

Nəşrin məlumatına görə, bu, Vaşinqtona təxminən 90 milyard barel Venesuela neftinə çıxış əldə etməyə imkan verəcək.

Qeyd edək ki, yanvarın 3-də ABŞ Venesueladakı mülki və hərbi obyektlərə hücum edib, ölkə Prezidenti Nikolas Maduronu həyat yoldaşı Seliya Floreslə birlikdə saxlayaraq ölkədən çıxarıb. Yanvarın 5-də onlar Nyu-York ştatının Cənub dairəsi üzrə federal məhkəməyə çıxarılıblar. Onlara narkotik ticarətində iştirak ittihamı irəli sürülüb. Maduro və həyat yoldaşı təqsirlərini qəbul etməyiblər.

Mənbə: Oxu.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More