Yaxın Şərqdəki gərginlik fonunda neft bahalaşdı

0

Yaxın Şərqdə münaqişənin yenidən kəskinləşməsi səbəbindən dünya bazarlarında neftin bahalaşması müşahidə olunur.

Oxu.Az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.

Bakı vaxtı ilə saat 09:20-də Londonun ICE birjasında noyabr ayında çatdırılma ilə “Brent” markalı neftin füçerslərinin qiyməti 2.36 dollar (2.68%) artaraq bir barel üçün 90.46 dollara satılıb. Əvvəlki sessiyada isə “Brent” 0.42 dollar (0.47%) ucuzlaşaraq bir barel üçün 87.10 dollar təşkil etmişdi.

Nyu-York Ticarət Birjasında (NYMEX) oktyabr ayında çatdırılma ilə WTI markalı xam neftin füçersləri 2.21 dollar (2.65%) bahalaşaraq bir barel üçün 85.61 dollar olub. Əvvəlki sessiyada isə WTI markalı neftin qiyməti 0.13 dollar (0.16%) azalaraq bir bareli 83.4 dollara satılmışdı.

Mənbə: Oxu.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More