Ölümə səbəb olan eks-deputat azadlığa buraxıldı

0

Buryatiyanın keçmiş deputatı 17 yaşlı qızı avtomobillə vuraraq öldürməsi və hadisə yerindən qaçması ilə bağlı cəzasını vaxtından əvvəl başa vuraraq azadlığa çıxıb.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 2020-ci ildə bahalı avtomobil 17 yaşlı Qalinanı vuraraq öldürüb. Qəzadan sonra avtomobili idarə edən şəxs və onunla birlikdə olan şəxslər hadisə yerindən qaçıblar.

2021-ci ildə Bair Jambalov 6 il müddətinə koloniyada-məskəndə həbs cəzasına məhkum edilib.

Daha sonra onun cəzası məcburi ictimai işlərlə əvəzlənib, ardınca isə keçmiş məmura cəzasını evdə çəkməyə icazə verilib.

Ümumilikdə Jambalov təxminən 4 il koloniyada, daha bir il isə məcburi işlərdə keçirib.

Prokurorluq onun azadlığa buraxılmasına etiraz edərək qərardan şikayət verib. Lakin Buryatiya Ali Məhkəməsi prokurorluğun şikayətini təmin etməyib.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More