Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

0

 

Azərbaycan Yazıçılar Birliyində AYB və AJB-nin üzvü, publisist, tədqiqatçı, politoloq Reyhan Mirzəzadənin Azərbaycanın ilk Xalq şairi, akademik, ədəbiyyatşünas, dramaturq, tərcüməçi, ictimai-siyasi xadim Səməd Vurğunun anadan olmasının 120 illiyinə həsr olunmuş “Böyük amallar və arzular şairi” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə qeyd olundu ki, beynəlmiləlçi, dünyəvi şair Səməd Vurğunun xaricdə yaşayan bir çox görkəmli şair, yazıçı, rəssam, bəstəkar və ş. mədəniyyət xadimləri ilə dostluq, qardaşlıq əlaqələri olub, şairimiz haqqında xeyli əsərlər, poemalar, şeirlər və nəsr əsərləri, xatirələr yazılıb.

“Böyük amallar və arzular şairi” kitabında Səməd Vurğunun dünya ədəbiyyatı xəzinəsində xüsusi yeri, tarixən zəmanəni doğru-dürüst əks etdirərək bədii yaradıcılığın xalq həyatı ilə sıx əlaqəsi naminə mübarizədə cəsur mövqeyi olan rus klassiklərinin yaradıcılığına olan münasibətindən, vətəndaş cəsarəti, xəlqilik, vətənpərvərlik ruhu ilə şöhrət qazanan Rusiya ədəbiyyatına verdiyi qiymətdən, bu ədəbiyyatdan etdiyi tərcümələrdən, Nikolay Tixonov, Konstantin Simonov, Rəsul Həmzətov, Aleksandr Fadeyev, Pavel Antokolski, Yevgeni Yevtuşenko, Mixail Şoloxov, Maksim Rılski və s. görkəmli şəxsiyyətlərlə dostluq əlaqələrindən bəhs edilir.

Tədbiri tarixçi-alim, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova açaraq, Səməd Vurğunun yaradıcılığındakı beynəlmiləlçi irsdən geniş bəhs etmişdir.

Tədbirdə  texnika elmləri doktoru, professor, Azərbaycanın Əməkdar müəllimi, “Qazax” Xeyriyyə İctimai Birliyinin sədri İlham Pirməmmədov, Dağ Yəhudiləri dini icmasının sədri, Sinaqoqun rəhbəri Milix Yevdayev, şairin nəticəsi, Səməd Vurğunun Ev-muzeyinin direktoru Vurğun Vəkilov, tanınmış rəssam Zinaida Mirzəzadə, Səməd Vurğun irsinin araşdırıcısı Aslan Salmansoy, ictimai xadim Ramiz Göyüşov, yazıçı Zöhrə Əsgərova, şair İlham Qazaxlı, Bakıdakı rus icmasının sədr müavini Lyubov Yakunina, Rusiyanın Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi Mariya Zolotoryova və b. çıxış edərək Səməd Vurğun irsinə böyük töhfə olan kitab haqqında xos sözlər söyləmiş, müəllifə uğurlar diləmişlər.

Təbirdə Nizami rayonundakı 10 saylı məktəbin şagirdləri Cavid və Fəxri Ağalarovlar Səməd Vurğun şeirlərindən nümunələr söyləmiş, gənc istedad-vokalçı Raul Həmidov mahnı ifa etmişdir.

Fotosessiya

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More