Bakıda oğurluq edən 3 nəfər saxlanıldı

0

Nəsimi rayonu ərazisində 2 nəfərə məxsus mobil telefon, içərisində ümumilikdə 2720 manat və qızıl-zinət əşyaları olan çantalar oğurlanıb.

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 31 yaşlı H.Həmidli, əvvəllər məhkum olunmuşlar – 32 yaşlı H.Hüseynov və 50 yaşlı Ə.Qədimov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More