Cəlilabadda məktəb-liseyin statusu dəyişdirilib

0

Cəlilabad rayonunda fəaliyyət göstərən məktəb-liseyin statusu dəyişdirilib.

Bu barədə “Report”un Muğan bürosuna Lənkəran-Astara Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin fəaliyyət planına uyğun olaraq, Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan Cəlilabad şəhəri Nizami Gəncəvi adına 1 nömrəli humanitar və təbiət fənləri təmayüllü məktəb-liseyin statusu dəyişdirilərək liseyə çevrilib.

Qeyd edək ki, liseyə qəbul avqustun 16-17-də VII-IX siniflər üzrə aparılacaq.

Mənbə: Report.Az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More