Qarabağ Universitetində rus və ingilis bölmələrinə qəbul aparılmayacaq

0

Növbəti tədris ilində Qarabağ Universitetində ingilis və rus bölməsi üzrə tələbə qəbulu nəzərdə tutulmur.

Modern.az xəbər verir ki, bu barədə ali təhsil müəssisəsi rəsmi sosial media hesablarında məlumat yayıb.

“Ən çox ünvanlanan suallardan biri də Qarabağ Universitetində ingilis və rus bölməsi üzrə plan yerləri ilə bağlıdır. Bildirmək istəyirik ki, 2025/2026-cı tədris ilində Qarabağ Universitetində ingilis və rus bölməsi üzrə tələbə qəbulu nəzərdə tutulmur”, – məlumatda qeyd olunub.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More