Apple smartfon və saat istehsalını qismən ABŞ-yə köçürür

0

Apple smartfonları və smart saatları ABŞ istehsalı olan şüşələrlə təchiz olunacaq.

“Report”un məlumatına görə, bu barədə texnologiya nəhənginin rəhbəri Tim Kuk Ağ Evdə bildirib.

“İlk dəfə olaraq, dünyanın istənilən yerində satılan hər yeni iPhone, tamamilə hər yeni Apple Watch Kentukkidə hazırlanmış şüşə örtükdən ibarət olacaq”, – deyə o bildirib.

Kukun sözlərinə görə, şirkətin texnologiyası üçün ən böyük və ən qabaqcıl şüşə istehsalı xətti ştatda tikiləcək.

Mənbə: Report.Az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More