Azərbaycan “SpaceX”lə əməkdaşlıq perspektivlərini müzakirə edib

0

Azərbaycanla “SpaceX” şirkəti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Prezident İlham Əliyevin ABŞ-yə işgüzar səfəri çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəflə birlikdə “SpaceX” şirkətinin vitse-prezidenti xanım Stefani Bednareklə görüşdük. Görüşdə Azərbaycanın iqtisadi potensialı, strateji inkişaf istiqamətləri və əlverişli investisiya mühitini qeyd etdik. “SpaceX”lə əməkdaşlıq perspektivləri, o cümlədən innovativ və kosmik texnologiyaların, süni intellekt həllərinin tətbiqi, bilik-təcrübə transferi sahəsində tərəfdaşlıq imkanlarını müzakirə etdik”, – deyə o qeyd edib.

Mənbə: Report.Az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More