Məmməd İsmayılın vəziyyəti ağırlaşıb 

0

Şair, professor Məmməd İsmayıl “Bona Dea” Hospitalının Reanimasiya şöbəsinə yerləşdirilib.

Modern.az xəbər verir ki, bu barədə APA-ya şairin qızı məlumat verib.

O bildirib ki, dörd gündür xəstəxanaya yerləşdirilən Məmməd İsmayılın vəziyyəti dünən axşam ani olaraq ağırlaşıb:

“Ara-sıra xəstəxanaya aparırdıq. Son 4 gün burada oldu. Dünən axşam isə vəziyyəti ağırlaşdı, reanimasiyaya yerləşdirdilər. Həkimlər vəziyyətin olduqca ciddi olduğu deyirlər”.

Qeyd edək ki, Məmməd İsmayıl bir neçə ildir müxtəlif xəstəliklərdən əziyyət çəkir. Ötən ildən sağlamlığındakı problemlər ciddiləşib və Heydər Əliyev Fondu onun müalicəsini öz üzərinə götürüb.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More