Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulu başlayıb

0

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılıb.

“Report” xəbər verir ki, müsabiqənin elektron sənəd qəbulu mərhələsi sentyabrın 1-dək davam edəcək.

Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az/direktorlar/ linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, müsabiqədə pedaqoji sahə üzrə ali təhsilli, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər.

Mənbə: Report.Az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More