Cari ilin altı ayında 31 nəfərə elmi dərəcə və dosent adının verilməsinə imtina edilib

0

2025-ci ilin I yarısında 13 nəfərə elmlər doktoru elmi dərəcəsi, 18 nəfərə isə dosent elmi adının verilməsinə imtina edilib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası məlumat yayıb.

Bundan başqa, ilin birinci yarısında 51 nəfərə elmlər doktoru elmi dərəcəsi verilib.

Dosent elmi adının verilməsinə gəlincə, bu il 285 nəfər bu adı qazanıb.

Mənbə: Report.Az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More