Vətən Müharibəsi Qəhrəmanının övladı da tələbə adını qazandı

0

Ali məktəbə qəbul olunan abituriyentlər arasında Vətən Müharibəsi Qəhrəmanı şəhid Sübhan Cəbrayılovun oğlu Rahim Cəbrayılov da var.

Modern.az-ın məlumatına görə, o, Bakı Mühəndislik Universitetində təhsil alacaq.

Şəhidimizin övladı kompüter mühəndisliyi ixtisası üzrə oxuyacaq.

Xatırladaq ki, Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri olan Sübhan Cəbrayılov 1983-cü il oktyabrın 23-də Salyan rayonunun Marışlı kəndində anadan olub.

O, Qubadlı rayonu istiqamətində şəhid olub.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More