Salyana qazın verilməsi DAYANDIRILACAQ

0

Bu gün Salyan rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

“Azəriqaz”dan Modern.az-a verilən məlumata görə, bu gün diametri 315 mm-lik PE “Təzəkənd-Qarabağlı-Qırxçıraq” yeraltı orta təzyiqli daşıyıcı qaz kəmərində kipliyin sınağı məqsədi ilə əlaqədar Salyan rayonunun 19 kəndində qaz olmayacaq.

“02.09.2025-ci il saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Salyan rayonunun 19 kəndində – Pamıqkənd, Bəşirbəyli, Çadırlı, Qarabağlı, Kərimbəyli, Cavadlı, Gomuşlu, Kolanı, Xalac, Abad, Seydan, Parçaxalac, Piratman, Yolüstü, Yeni Uluxanlı, Varlı 1, Varlı 2, Peyk, Düzənlik kəndlərində və Qaraçala, Qırxçıraq qəsəbələrində (ümumi 8405 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır”, – məlumatda qeyd olunur.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More