Abrahamın aclıq aksiyası keçirməsi xəbəri yalandır

0

Ermənistan mətbuatında 2021-ci ildə Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən 20 il müddətinə azadlıqdan məhrum edilən, Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın həbsxanada aclıq aksiyası keçirməsinə dair iddialar yayılıb.

 

Modern.az-ın məlumatına görə, hazırda Azərbaycanda həbs həyatı yaşayan muzdlu terrorçunun aclıq aksiyası keçirməsi ilə bağlı yayılan xəbər həqiqətə uyğun deyil.

 

O, gündəlik həbxsana rejiminə uyğun olaraq cəzasını çəkir.

 

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Viken Eulcekcian Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 114.3-cü (Muzdluluq), 214.2.1-ci və 214.2.3-cü (Terrorçuluq), 228.2.1-ci (Qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə), 279.1-ci (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmişdi.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More