Manaf Ağayevin oğlunun təyin olduğu “vəzifə” mövcud deyilmiş

0

Müğənni Manaf Ağayevin oğlu Elçin Ağayevə yeni vəzifə verildiyi ilə bağlı məlumatlar yayılıb.

Qeyd olunub ki, o, Səhiyyə Nazirliyinin Bakı Sağlamlıq Mərkəzinin direktoru Asiman Həsənovun müşaviri təyin olunub.

Modern.az-ın əldə etdiyi məlumata görə, sağlamlıq mərkəzində belə bir vəzifə yoxdur.

Qeyd edək ki, Elçin Ağayev bundan əvvəl Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Monitorinq və Daxili Təhqiqat Departamentinin müdiri vəzifəsində çalışıb.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More