Bağça müəllimlərinin sertifikasiyası – Nazir tarixi AÇIQLADI

0

Cari tədris ilində 226 min uşağın məktəbəqədər təhsilə cəlb olunması gözlənilir.

Modern.az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə deyib.

Onun sözlərinə görə, tərbiyəçilərin sertifikatlaşdırma qaydaları hazırlanıb və təsdiqlənib, 2026-cı ildən tətbiqi nəzərdə tutulur.

Hazırda 520 məktəbəqədər təhsil müəssisəsində 50 minə yaxın uşaq hazır qida ilə təmin olunur. Emin Əmrullayev həmçinin diqqətə çatdırıb ki, ötən tədris ilində aparılan monitorinqlərin nəticəsi olaraq 18 müəssisə direktorunun fəaliyyətinə xitam verilib.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More