Bakıda Azərbaycan-Qazaxıstan hərbi mütəxəssisləri görüşdü

0

Azərbaycan və Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkəmizə səfər edib.

Modern.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində hər iki ölkənin maliyyə üzrə hərbi mütəxəssisləri arasında görüş keçirilib.

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə müdafiə xərclərinin planlaşdırılması, maliyyələşdirilməsi, pul vəsaitlərinin uçotunun aparılması, eləcə də hərbi əmlakın uçotunun xüsusiyyətləri, pul təminatının və əmək haqqının ödənilməsi qaydalarına dair müzakirələr aparılıb.

Görüş zamanı, həmçinin bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb və qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More