Bank kartlarından oğurluq edənlər saxlanıldı

0

Paytaxtın Nəsimi və Yasamal rayonlarında vətəndaşların birinin avtomobilindən, digərinin isə evindən bank kartları oğurlanaraq hesablarındakı 2355 manat talanıb.

Modern.az DİN-ə istinadən xəbər verir ki, bu barədə zərərçəkən şəxslər polis orqanlarına məlumat veriblər.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-texniki tədbirlərlə cinayət əməllərini törətməkdə şübhəli bilinən 42 yaşlı E.Həsənova və əvvəllər məhkum olunmuş 37 yaşlı H.Süleymanov saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More