Təhlükəsizlik Şuralarının katibləri Bişkekdə toplandı

0

Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuralarının katiblərinin 4-cü toplantısı keçirilib.

Modern.az xəbər verir ki, bu barədə TDT Baş katibi Kubanıçbek Ömüralıyev özünün “X” hesabında paylaşım edib.

“İclasdakı çıxışımda təhlükəsizlik əməkdaşlığının gücləndirilməsi, stabilliyin möhkəmləndirilməsi və türk dünyasında sülhün təmin olunmasının vacibliyini vurğuladım. Qırğız tərəfinə ev sahibliyinə görə və bütün nümayəndə heyətlərinə regional təhlükəsizlik və əməkdaşlığın inkişaf etdirilməsinə verdikləri dəyərli töhfələrinə təşəkkür edirəm”,- Ömüralıyev qeyd edib.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More