Azərbaycanı Tbilisi İpək Yolu Forumunda Rəşad Nəbiyev təmsil edəcək

0

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev oktyabrın 22-23-də Gürcüstanın paytaxtında keçiriləcək Tbilisi İpək Yolu Forumunda Azərbaycanı təmsil edəcək.

Modern.az xəbər verir ki, forumda spikerlərdən biri kimi Ermənistanın Baş naziri Nikol Paşinyan gürcüstanlı həmkarı İrakli Kobaxidze ilə birlikdə çıxış edəcək.

Təşkilatçılar bildirirlər ki, forum bu il sayca beşinci olacaq və “Bağlantıya investisiya yatırmaq – Sabitlikdə inkişaf etmək” şüarı altında keçiriləcək.

Qeyd edək ki, Tbilisi İpək Yolu Forumu iki ildə bir dəfə keçirilən aparıcı tədbirdir. Bu il forum 60-dan çox ölkədən 2 000-dən çox nümayəndəni, o cümlədən dövlət başçılarını, yüksək vəzifəli hökumət rəsmilərini, nazirləri, beynəlxalq təşkilatların rəhbərlərini və media nümayəndələrini bir araya gətirəcək.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More