Aktual 26 Sentyabr 2025, 18:00 ADY-nin yeni Gəncə–Mingəçevir–Ağstafa marşrutu ilə rəmzi səfər təşkil edilib

0

Azərbaycan Dəmir Yolları (ADY) QSC-nin yeni Gəncə–Mingəçevir–Ağstafa marşrutu ilə rəmzi səfər təşkil edilib.

Bu barədə Modern.az-a ADY-dən bildirilib.

Məlumata görə, səfər çərçivəsində Mingəçevir şəhər rəhbərliyi, millət vəkilləri və media nümayəndələrinin iştirakı ilə Mingəçevir stansiyasında tədbir keçirilib.

28 sentyabrdan başlayaraq müasir elektrik qatarları ilə bu marşrut üzrə ilk dəfə olaraq regiondaxili sərnişindaşıma xidmətinə başlanacaq.

Qatarlarda standart, standart+, biznes və birinci siniflər üzrə Mingəçevir şəhəri və qərb regionu arasında rahat və təhlükəsiz səyahət imkanları təqdim olunacaq.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More