Şərurda maşın qaz xəttinə çırpıldı

0

Şərurda minik avtomobili qaz xəttinə çırpılıb

Modern.az xəbər verir ki, Şərur rayonunun Dizə kəndində minik avtomobilinin qaz xəttinə çırpılması nəticəsində boru zədələnib.

Qəza səbəbindən Dizə və Oğlanqala kəndlərində 801 abonentin qaz təchizatı dayandırılıb. Təhlükəsizlik məqsədilə hadisə baş verən andan etibarən əraziyə qazın verilişi kəsilib. Məlumata görə, bərpa işləri qısa müddətdə yekunlaşdırılacaq və təchizat bərpa olunacaq.

Hadisə zamanı xəsarət alan olmayıb.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More