Aktual 27 Sentyabr 2025, 13:20 Anım Günü ilə bağlı ağacəkmə aksiyaları keçirilir

0

27 sentyabr – Anım Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin təşkilatçılığı ilə meşə fondu torpaqlarında ağacəkmə və meşəbərpa tədbirləri keçirilib.

Bu barədə Modern.az-a nazirlikdən məlumat verilib.

Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının və müharibə iştirakçılarının iştirakı ilə Şirvan şəhəri, Lerik, Goranboy, Tovuz, Gədəbəy, Ağcabədi, Yevlax, Şabran, Qusar, Ağsu, Şəki, Zaqatala, Qəbələ və Qubadlı rayonlarının meşə fondu torpaqlarında yerli torpaq-iqlim şəraitinə uyğun 20 mindən artıq müxtəlif cinsli ağac tingi əkilib.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More