Millimiz MDB Oyunlarını 9 medalla başa vurdu

0

Azərbaycanın stolüstü tennis millisi III MDB Oyunlarında növbəti medallarını qazanıb.

Modern.az xəbər verir ki, Adil Əhmədzadə və Mərziyyə Nurmətova fərdi yarışların finalında müvafiq olaraq, Yevgeni Vasikov və Zlata Terekova (hər ikisi Rusiya) ilə qarşılaşıblar.

Rəqiblərinə hər üç setdə uduzan idmançılarımız gümüş mükafata yiyələniblər.

Bununla da stolüstü tennis yarışları başa çatıb. Azərbaycan millisi Oyunları 6-sı gümüş, 3-ü bürünc olmaqla ümumillikdə 9 medalla bitiriblər.

Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More