Naxçıvanda yeni direktor müavinləri təyin edildi

0

Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində yeni təyinatlar həyata keçirilib.

Modern.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Cəmilə Mirkəlam qızı Hüseynova tərbiyə işləri üzrə, Samir Zakir oğlu Bünyatov isə inzibati təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.

Mərkəzin tədris və təlim işləri üzrə direktor müavini vəzifəsinin icrası mərkəzin istehsalat təlimi ustası Afət Mahir qızı Qasımovaya həvalə olunub.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More