Bir sinfin 2 məzunu Prezident təqaüdünə layiq görüldü

0

Prezident İlham Əliyevin sərəncamı ilə, 2025–2026-cı tədris ilində ali təhsil müəssisələrinə qəbul olunmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək.

Modern.az-ın məlumatına görə, Prezident təqaüdünə layiq görülən tələbələrdən ikisi eyni məktəbin eyni sinfinin məzunudur.

Belə ki, 220 nömrəli məktəb-liseyin məzunları Xəlilova Aylin və Sarıyev Murad yüksək təhsil göstəricilərinə görə Prezident təqaüdünə layiq görülüblər.

Xatırladaq ki, təqaüdün məbləği hazırda 350 manatdır.

Prezident təqaüdü cari tədris ilinin birinci semestri üçün təyin olunur və bu müddətdən sonra həmin gənclərə təqaüdün verilməsinin davam etdirilməsi haqqında qərar onların təhsildəki göstəricilərinə uyğun olaraq ali təhsil müəssisəsinin təqdimatı əsasında Elm və Təhsil Nazirliyi tərəfindən qəbul edilir.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More