Ramil Həsən mandatının ləğvi üçün MSK-ya müraciət edib – RƏSMİ

0

Milli Məclisin deputatı Ramil Həsən mandatının ləğv edilməsi üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.

Bunu Modern.az-ın sorğusuna cavab olaraq MSK-nın Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bildirib.

O qeyd edib ki, yaxın günlərdə MSK-nın iclasında bu məsələyə baxılıb, qərar veriləcək.

Qeyd edək ki, Ramil Həsən iyul ayında Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxstanın paytaxtı Astana şəhərində keçirilən 14-cü plenar sessiyasında təşkilatın yeni Baş katibi seçilib.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More