Nazirlər və generallar beynəlxalq assambleyada – FOTOLAR

0

Bakıda 93 ölkənin hakimlərini bir araya gətirən Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyası keçirilir.

 

Modern.az-ın məlumatına görə, hazırda Bakı Konqres Mərkəzində tədbirin hazırda açılış mərasimidir.

 

Bir sıra yerli dövlət rəsmiləri də mərasimə qatılıb.

 

Qonaqlar arasında daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, Baş prokuror Kamran Əliyev ədliyyə naziri Fərid Əhmədov, Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov,  Ombudsman Səbinə Əliyeva, Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Milli Məclisin vitse-spiker Ziyafət Əsgərov də yer alır.

 

Qeyd edək ki, beynəlxalq tədbir oktyabrın 17-i başa çatacaq.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More