Bulvarda attraksionlar yenidən AÇILIR

0

Bakının Dənizkənarı Milli Parkındakı attraksionlar yenidən fəaliyyətə başlayır.

Modern.az-ın əldə etdiyi məlumata görə, bir müddət əvvəl istismar müddəti başa çatdığı və təhlükəsizlik tələblərinə cavab vermədiyi üçün fəaliyyəti dayandırılan attraksionlar yenilənib.

Hazırda sözügedən ərazidə tamamilə yeni, beynəlxalq standartlara cavab verən, müasir və təhlükəsiz attraksionlar quraşdırılıb.

İctimai rəyi və təhlükəsizlik amilini nəzərə alan idarə attraksionların yenilənməsi istiqamətində müvafiq işlər görüb.

Dənizkənarı Milli Parkın ənənəvi əyləncə zonası bu gündən yenidən ziyarətçilərin ixtiyarına veriləcək.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More