Narkokuryerlik edən şəxs həbs olundu

0

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Astara rayon sakini 38 yaşlı Ramik Quliyev saxlanılıb. 

DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, ondan 2 kiloqramdan artıq narkotik vasitə olan həşiş və marixuana aşkarlanıb. R.Quliyev sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının təklifi ilə pul müqabilində narkokuryerlik etdiyini bildirib. 

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs  barəsində həbs qətimkan təbiri seçilib.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More