Süd vəzi xərçənginə birlikdə YOX deyək!” – FOTOLAR

0

Çəhrayı Oktyabr – “Süd vəzi xərçəngi ilə mübarizə ayı” çərçivəsində növbəti sosial aksiya həyata keçirilib.

 

Modern.az-ın məlumatına görə, Referans Medical Group-un təşkilatçılığı, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Dənizkənarı Bulvar İdarəsi və “Apar” şirkətinin dəstəyi ilə “Süd vəzi xərçənginə birlikdə YOX deyək!” şüarı altında keçirilən velosiped yürüşü Dənizkənarı Bulvar ərazisində baş tutub. 

 

Yürüşdə 70-dən çox xanım iştirak edib. İştirakçılar tədbirin simvoluna çevrilmiş çəhrayı geyimlərdə çıxış edərək, qadınlarda süd vəzi xərçənginə qarşı maarifləndirmə və erkən diaqnostikanın vacibliyinə diqqət çəkiblər.

 

Tədbirin sonunda maarifləndirici seminar keçirilib. Seminarda iştirakçılara süd vəzi xərçənginin profilaktikası və erkən müayinənin əhəmiyyəti izah edilib. 

 

Qeyd edək ki, bu “Referans Medical Group”un sosial aksiyalara ilk dəstəyi deyil. “Referans Medical Group” cəmiyyətin sağlamlığı və maariflənməsi istiqamətində həyata keçirilən layihələrdə hər zaman aktiv iştirak edir.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More