Azərbaycanlılar Gürcüstandan deportasiya olundu

0

Gürcüstanda 57 nəfər əcnəbinin ölkədə qanuni olma və yaşama qaydalarını pozması müəyyənləşdirilib.

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Türkiyə, Hindistan, Tailand, Rusiya, Çin, Kuba, Azərbaycan, Banqladeş, İran, Özbəkistan, Yəmən, Yunanıstan, Əlcəzair, Misir, Türkmənistan, İordaniya, İsrail, Mərakeş, Nepal, Nigeriya və Suriya vətəndaşları olan həmin şəxslər Gürcüstandan deportasiya edilib.

Yerli qanunvericiliyə uyğun olaraq onların Gürcüstana girişinə qadağa tətbiq olunub.

DİN-in məlumatına əsasən, bu ilin yanvar ayında Gürcüstandan çıxarılan xarici vətəndaşların sayı 232 nəfərdir.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More