İsrail qadınlardan ibarət yeni döyüş bölməsi yaradır

0

İsrail Müdafiə Qüvvələri gələn ay tamamilə qadınlardan ibarət döyüş bölməsi yaradacağını açıqlayıb.

Modern.az İsrailin TPS-IL informasiya agentliyinə istinadla xəbər verir ki, ölkənin Livanla sərhədində yerləşəcək həmin bölmə kəşfiyyat, həmçinin ön xətt təhlükəsizliyi vəzifəsini yerinə yetirəcək.

İsrail Müdafiə Qüvvələri bildirir ki, qadın döyüşçülərin sayı 2020-ci ildən bəri iki dəfə artırılaraq 2025-ci ildə 8 min 500-ə çatdırılıb və bu addım əməliyyat hazırlığını gücləndirmək üçün görülən genişmiqyaslı islahatların bir hissəsidir.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More