Güclü qar səbəbindən vətəndaşın üzərinə ağac aşdı – VİDEO

0

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Cəlilabad şəhərində 1 nəfərin üzərinə ağacın aşması nəticəsində köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Modern.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, daxil olan məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Cəlilabad Rayon Yanğından Muhafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri çağırış ünvanına cəlb olunublar.

Xilasedicilər xüsusi vasitələrlə yağan qarın ağırlığından meyvə-tərəvəz dükanının üzərinə aşmış ağacı hissələrə kəsib götürərək 1966-cı il təvəllüdlü Əhmədova Anaxanım Sənhan qızını xilas ediblər.

 

 


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More