Yeni metrostansiya nə vaxt açılacaq? – VİDEO

0

Tbilisi prospekti, Tibb Universiteti, Rusiya səfirliyi və Semaşko xəstəxanası kimi tanınan 1 saylı Kliniki Tibbi Mərkəzin yaxınlığında yeni metrostansiya tikilib. Artıq stansiyada son tamamlanma işləri aparılır.

Modern.az xəbər verir ki, bu barədə “Xəzər TV” süjet hazırlayıb.

Sakinlər bildirdilər ki, illərdir təmiri gedən stansiyanın təhvil verilməsi onların hərəkətini xeyli rahatlaşdıracaq.

“Bakı Metropoliteni” QSC-dən bildirildi ki, b4 stansiyasının tikinti quraşdırma işləri hazırda iş qrafikinə uyğun sürətli şəkildə davam etdilir. 8 noyabr- b4 stansiyaları arasında ümumi uzunluğu 1690 metr olan mənzil tunelləri tam olaraq inşa edilib.

“Bakı Metropoliteni”ninin rəsmisi bildirdi ki, stansiyanın ilin sonuna qədər hazır olması və təhvil verilməsi nəzərdə tutulur.

 


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More