On şagirdin zəhərləndiyi məktəb bufeti BAĞLANDI

0

Göygöldə 10 şagirdin zəhərləndiyi məktəbin bufeti bağlanıb.

Modern.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat verib.

Qeyd olunub ki, Göygöldə baş verən hadisə ilə əlaqədar AQTA-nın Gəncə-Daşkəsən Regional Bölməsi tərəfindən rayonun Aşıqlı kənd məktəbinin daxilində fəaliyyət göstərən bufetdə plandankənar yoxlama keçirilib.

“Satılan məhsullardan laborator müayinələr üçün nümunələr götürülüb. Bufetin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb”, – deyə məlumatda vurğulanıb. (Oxu.Az)


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More